Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Moskva Virtuozları” Kamera Orkestrinin konserti olub.

31 iyul 2015 | 10:00

Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan Qəbələ VII Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
Festivalın proqramına uyğun olaraq iyulun 30-da Heydər Əliyev adına Konqress Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnədə “Moskva Virtuozları” Kamera Orkestrinin konserti olub. Tanınmış dirijor Pol Mayerin rəhbərliyi ilə keçən ansamblın konsertində “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, “Grammy” mükafatı laureatı olan violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-Rusiya) də çıxış edib. Ansambl çıxışı zamanı yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirməyə çalışıb və tamaşaçılara əvəzsiz təəsüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən ansamblın konsertində İ.Haydın, K.Veberin və V.A. Motsartın əsərləri səsləndirilib.
Konsertdə yerli və xarici tamaşaçılara məlumat verilib ki, “Moskva Virtuozları” Kamera Orkestri 1979-cu ildə məşhur skripkaçı Vladimir Spivakov tərəfindən yaradılıb. Mahir skripkaçı, dirijor və ictimai xadim olan Vladimir Spivakov “Moskva Virtuozları” Kamera Orkestrinin bədii rəhbəri, baş dirijoru və solistidir. Kollektiv 2003-cü ildən başlayaraq müntəzəm olaraq Moskvanın Beynəlxalq Musiqi evində məşq edir.

Keçidlər