"Qəbələ" UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" komandası ilə qarşılaşıb.
"Qəbələ" UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" komandası ilə qarşılaşıb. Larnakadakı “Antonis Papadopulos” stadionunda qarşılıqlı hücumlar şəraitində keçən oyunu Ukraynalı baş hakim Sergey Boykonun idarə edib. Oyunun 14-cü dəqiqəsində “Apollon”un futbolçusu Kolokudias fərqlənərək hesabı açıb. Qarşılaşmada son ana qədər mübarizə aparan “Qəbələ” futbolçuları oyunun əsas vaxtına əlavə olunan hissənin 5-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. V.Stankoviça qarşı kobudluğa görə “Apollon”un qapısına təyin olunan on bir metrlik cərimə zərbəsini Cavid Hüseynov dəqiq yerinə yetirərək komandasına vacib olan bir xalı qazandırıb - 1:1. Bu hesabla “Qəbələ” cavab oyunu üçün böyük üstünlük əldə edib. Komandamız doğma meydanda qapısını toxunulmaz saxlayacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq. Cavab oyunu avqustun 6-da Bakıdakı “Bakcell Arena”da təşkil olunacaq.