Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” Avropa Liqasının pley-off mərhələsində!

07 avqust 2015 | 09:00

Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Kiprin “Apollon” klubunu qəbul edib. Qarşılaşma “Bakcell arena”da baş tutub.  Sürətli oyun sərgiləyən komandalar qapılar qarşısında təhlükəli vəziyyətlər yaradıb. Nəhayət oyunun 80-ci dəqiqəsində azarkeşlərimiz qola seviniblər. “Apollon”un qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini “Qəbələ”nin futbolçusu Cavid Hüseynov dəqiq yerinə yetirərək hesabı açıb - 1:0. Komandalar arasında Kiprdə keçirilən ilk görüşdə 1:1 hesabı ilə heç–heçə qeydə alınmışdı. İki oyunun nəticəsinə görə üstün tərəf olan "Qəbələ" komandası UEFA Avropa Liqası yarışlarının növbəti mərhələsinə - pley-offa yüksəlib. Beləliklə iki oyunun nəticəsinə görə, “Qəbələ” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Keçidlər