Qəbələdə kişilər arasında pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışının final mərhələsi başa çatmışdır.
10 avqust 2015 | 15:00
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları uğurla davam edir. Avqustun 10-da kişilər arasında keçirilən pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışlarının final mərhələsi başa çatmışdır. Yarışda Cao Yifei (Çin) 207 xalla birinci, Kim Sang Do (Koreya) 206 xalla ikinci, Gorsa Petar (Xorvatiya) 186 xalla üçüncü yeri tutmuşdur. Qaliblərin mükafatlandırılması mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev iştirak etmişdir.