“Qəbələ” yeni mövsümə heç-heçəylə başladı.
Topaz Premyer Liqasında ilk tura yekun vurulub. “Qəbələ” güclülər dəstəsində 10-cu mövsümə öz meydanında “Qarabag”la oyunla başlayıb. Hazırda Avrokubokda yoluna davam edən komandalar olduqca maraqlı oyun nümayiş etdirmişlər. Gərgin keçən qarşılaşmada 4 qol olsa da qalib müəyyənləşməyib. Tərəflər hərəsi iki dəfə fərqlənərək ilk turun mərkəzi qarşılaşmasından heç-heçə ilə ayrılıblar. Matçın gedişində hesabda irəli olan və oyunçu sayında da rəqibini üstələyən ağdamlılar sona 5 dəqiqə qalmış “Qəbələ”nin oyunçusu Samir Zərgərovun qoluna əngəl ola bilməyərək Qəbələdən bir xalla qayıtmağa məcbur olublar. Futbol matçını “Qəbələ”nin azarkeşləri ilə birlikdə rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev də izləmişdir.