Qəmərvan kəndində səyyar görüş-qəbul keçirilmişdir.
Bu gün Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Qəmərvan kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilmişdir.Kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin başçısı ilə yanaşı idarə və müəssisələrin rəhbərləri də iştirak etmişlər. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olmuşdur. Kənd sakinləri rayonda görülən abadlıq-quruculuq işlərindən razı qaldıqlarını bildirərək, göstərilən qaygıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər. Çıxış edənlər kəndin ümumi problemləri barədə rayon icra hakimiyyətinin başçısına məlumat vermiş, həlli istiqamətində təkliflər irəli sürmüşlər. Səbuhi Abdullayev problemlərin həlli ilə əlaqədar aidiyyəti idarə və təşkilatların rəbərlərinə tapşırıqlar vermişdir.