Qəbələdə Dünya Kuboku yarışlarında tapançadan 50 metr məsafəyə atəş açma üzrə Koreya idmançıları iki medal qazanıb.
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.
Avqustun 11-də kişilər arasında tapançadan 50 metr məsafəyə atəş açma yarışlarının final mərhələsi keçirilib. Yarışda Koreya və Çin idmançıları digər ölkələrdən olan rəqiblərini xal hesabı ilə üstələyərək mükafat qazanıblar. Yarışın final mərhələsində iştirak edən Koreya idmançılarından ikisi mükafat qazanıb. Yarışda Mai Jiajey (Çin) 194.7 xalla birinci, Park Daohen (Koreya) 191.4 xalla ikinci, Kim ÇenqYonq (Koreya) 169.9 xalla üçüncü yeri tutub.
Həmçinin, bu gün qadınlar arasında kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açma yarışlarının final mərhələsi keçirilib. Yarışda Çin və Rusiya idmançıları digər ölkələrdən olan rəqiblərini xal hesabı ilə üstələyərək mükafat qazanıblar. Yarışın final mərhələsində iştirak edən Çin idmançılarından ikisi mükafat qazanıb. Yarışda Cao Lijia (Çin) komandasına üçüncü qızıl medalı qazandırıb. Vitalina Batsaraşki (Rusiya) ikinci, Zanq Jinqinq (Çin) üçüncü, Olena Kostevyiç dördüncü yeri tutub. Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib. Çin idmançıları bu yarışlarda artıq 5 medal qazanıblar. Onlardan 3-ü qızıl, biri günüş və bürüncdür. Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırılma mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev iştirak etmişdir.
Qeyd edək ki, 4 gündür ki, keçirilən atıcılıq yarışlarında indiyədək 10 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qəbələki Dünya Kuboku yarışları həmin olimpiya oyunlarına 34 lisenziya verəcək. Hazırda qadınlar arasında kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açma yarışları keçirilir. Atıcılığın 17 növ üzrə keçirilən bu yarışda 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı iştirak edir. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.