Koreyada "Azərbaycan Günü" keçiriləcək.
14 avqust 2015 | 01:00
Bu il avqustun 21-dən oktyabrın 18-dək Koreya Respublikasının Qyonqcu şəhərində "Qyonqcu İpək Yolu" adlı festival keçiriləcəkdir. Festival zamanı 25-30 avqust tarixləri "Azərbaycan Günü" elan ediləcəkdir. Bununla bağlı festivalda bir həftə ərzində Azərbaycan Dövlət Rəqs Ansamblıın, Qədim Musiqi Alətləri Ansamblının, bir pianoçunun, iki nəfər opera müğənnisinin və Qəbələ şəhərinin incəsənət işçilərinin çıxışları gözlənilir. Festivalda Koreya Respublikasınin Qyonqcu şəhəri ilə Azərbaycan Respublikasının Qəbələ şəhəri arasında qardaşlıq memorandumunun imzalanması nəzərdə tutulmuşdur.