Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Arxeoloqlar Qəbələdə ilk dəmir dövrünə aid materiallar aşkar etmişlər.

14 avqust 2015 | 03:00

Qəbələdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən arxeoloji tədqiqatlar aparılır. Qədim şəhərinin ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə aparılan arxeoloji qazıntılar zamanı yeni maddi-mədəniyyət nümunələri aşkarlanmışdır. Qazıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə Çuxur Qəbələnin Səlbir və Güllütəpə adlanan ərazisində aparılmışdır. Tədqiqatlar nəticəsində ən çox diqqəti cəlb edən onlarla küpdən ibarət taxıl anbarının və ilk dəmir dövrünə aid materialların aşkar olunmasıdır. Əldə olunan yeni eksponatlar Qəbələ Arxeoloji Mərkəzində ən müasir texnologiyalarla təchiz edilmiş laboratoriyalarda bərpa olunduqdan sonra nümayiş etdiriləcək. Qeyd edək ki, arxeoloji qazıntılar zamanı əldə olunan 2 minə yaxın eksponat Arxeoloji Mərkəzdə sərgilənir.

Keçidlər