Rayon icra hakimiyyətinin başçısı qaliblərə medal təqdim etdi.
14 avqust 2015 | 07:00
Qəbələdə davam edən atıcılıq üzrə Dünya Kubokunun kişilər arasında tapança ilə 10 metr məsafədən atəş açma yarışının final mərhələsinin qalibləri məlum olmuşdur. Yarışın nəticəsinə görə Koreyalı idmançı Kim Çen Yonq hamıdan yüksək nəticə göstərərək, 199,0 xalla yarışın qızıl medalına sahib olmuşdur. Qazaxıstanlı atıcı Vladimir İssaçenko 2,2 xal fərqlə ondan geri qalaraq ikinci yeri tutmuş, gümüş medala yiyələnmişdir. Slovakiyalı idmançı Yuraj Tuzinski isə 178,9 xalla üçüncü yerə çıxaraq bürünc medal qazanmışdır. Qaliblərə mükafatları yarışlarda iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev təqdim etmişdir.