Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yaponiya idmançısı Dünya Kuboku yarışlarının qızıl medalına sahib çıxıb.

15 avqust 2015 | 15:00

Avqustun 14-də Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda kişilər arasında səngər stend atıcılığı üzrə yarışlar keçirilib. Yarışın final mərhələsində 8 idmançı iştirak etmişdir. Yaponiya idmançısı Yukie Nakayama birinci, Tayvan idmançısı Cun Li Yin ikinci, ABŞ idmançısı Korey Koqdel üçüncü yeri tutmuşdur. İdmançıların mükafatlandırılması mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev iştirak etmişdir. Yeddi gündür davam edən atıcılıq yarışlarında indiyədək 30 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır

Keçidlər