Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Milli mənəvi dəyərlərə həsr olunmuş seminar-müşavirə keçirilmişdir.

17 avqust 2015 | 15:00

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə “Milli- mənəvi dəyərlərimiz və çağırışlar” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbirdə milli – mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi olduğu nəzərə çatdırılmış, ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə bu və ya digər formada inteqrasiya etdiyi vurğulanmışdır.Cıxış edənlər tərəfindən bu gün müstəqil Azərbaycan dövləti öz adət-ənənələrinin əsas təbliğatçısı və mühafizəçisi olduğu səsləndirilmişdir.
Seminar-müşavirədə rayon icra hakimiyyətinin nümayəndəsi Zahid Əfəndiyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin bölgə təmsilçisi Elvin Qarayev və Qəbələ Şəhər Cümə məscidinin dini icmasının sədri Saleh Şirinov mövzu ətrafında çıxış etmişlər.

Keçidlər