Gənclər və idman naziri Qəbələdə vətəndaşları qəbul edəcək.
19 avqust 2015 | 15:00
Avqustun 21-də Qəbələ Mədəniyyət Mərkəzində gənclər və idman naziri Azad Rəhimov vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki və İsmayıllı rayonlarının sakinləri iştirak edəcəklər. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşların öz rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamaları tövsiyə olunmuşdur.