Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycanın Qəbələ və Koreya Respublikasının Qyonqcu şəhərləri qardaşlaşır.

21 avqust 2015 | 03:00

Koreya Respublikasının Qyonqcu və Azərbaycanın Qəbələ şəhərləri arasında “Dostluq münasibətlərinin qurulması haqqında” Saziş imzalanıb. Sənədi Qyonqcuda səfərdə olan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qyonqcu şəhərinin meri Çoi Yanq-şik imzalayıblar. İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksələn xətlə inkişafından məmnunluq ifadə edilib. Müxtəlif istiqamətlər üzrə ikitərəfli əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olduğunun vurğulandığı görüşdə qeyd edilib ki, ölkələrimizin ayrı-ayrı bölgələri, şəhərləri arasında birbaşa əməkdaşlığın yaranması və inkişafı bu baxımdan təqdirəlayiq haldır. Tərəflər qədim tarixi olan Qəbələ və Qyonqcu şəhərləri arasında əlaqələrin yaranmasına əsas verəcək sazişin əhəmiyyətini vurğulayıblar. Sazişə əsasən, tərəflər mədəniyyət, elm, biznes, idman, gənclər sahələrində nümayəndə heyətlərinin mübadiləsi yolu ilə iki şəhər arasında dostluq münasibətlərinin qurulmasına razılaşırlar. Bu istiqamətdə qədim İpək Yolu üzərində yerləşən hər iki şəhər iqtisadiyyat, biznes və turizm imkanlarından istifadə etməklə əlaqələrin genişlənməsinə töhfə verəcək, tarix, mədəniyyət və arxeologiya sahələri də daxil olmaqla elmi əməkdaşlığa başlayacaq, idman və gənclər istiqamətində birgə tədbirlər təşkil edəcəklər.

 

Video

Keçidlər