Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənclər və idman nazirinin Qəbələdə keçirilən qəbulunda vətəndaşları narahat edən məsələlər öz həllini tapmışdır.

21 avqust 2015 | 15:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu həyata keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər. Növbəti belə qəbul avqustun 21-də Qəbələ Mədəniyyət Mərkəzində keçirilmişdir. Gənclər və idman naziri Azad Rəhimov Balakən, Oğuz, Qax, Şəki, Zaqatala, İsmayıllı və Qəbələ rayonundan olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləmişdir. Vətəndaşların nazirə müraciəti daha çox fəxri adların və idman dərəcələrinin verilməsi, stadionların yeni idman avadanlığı ilə təchizatı, xarici ölkələrdə keçirilən idman yarışlarına ezamiyyə, idman zallarının tikilməsi, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, gənclər mərkəzinin tikintisi, işlə təminat, idman avadanlıqlarının verilməsi və digər məsələlərlə bağlı olmuşdur. Qəbulda 30-a yaxın vətəndaş iştirak etmişdir.Onları narahat edən bəzi məsələlər yerindəcə öz həllini tapmış, gənclər və idman nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır. Qəbuldan sonra nazir Azad Rəhimov rayonların gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Keçidlər