Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Koreya Respublikasında keçirilən“Qyonqcu İpək Yolu Mədəniyyət Festivalı”nda iştirak edir.

22 avqust 2015 | 15:00

Koreya Respublikasının Qyonqsanbuk əyalətində “Qyonqcu İpək Yolu Mədəniyyət Festivalı” başlamışdır. Qədim İpək Yolu üzərindəki ölkələr arasında tarixən mövcud olmuş mədəni əlaqələri günümüzdə yenidən qurmaq, inkişaf etdirmək, habelə mədəniyyət mübadiləsi ilə dünyada sülh prosesinə töhfə vermək məqsədi daşıyan festival rəngarəng proqramı ilə, o cümlədən kompozisiyanın leytmotivini təşkil edən sərgilər, konsertlər, təqdimatlar, tamaşalar böyük maraq doğurmuşdur. BMT-nin ixtisaslaşmış qurumu olan Dünya Turizm Təşkilatının dəstəyi ilə keçirilən və Koreyanın qədim mədəniyyət mərkəzlərindən olan Qyonqcu şəhərindəki Dünya Mədəniyyət Parkında təşkil olunan festivalda 30-dan çox ölkə, o cümlədən Azərbaycan nümayəndə heyyətinin tərkibində Qəbələ rayonu da təmsil olunur. Festivalın açılış mərasimində qonaqları salamlayan Koreya Respublikasının Baş naziri Hvanq Kyo-ahn bu cür tədbirlərin xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdırmaq baxımından əhəmiyyətini vurğulamışdır. Baş nazir müxtəlif mədəniyyətləri, adət-ənənələri təmsil edən insanların xalqlar arasında yeni əməkdaşlıq imkanlarını ortaya çıxarmağa kömək edəcəyini bildirmiş, dünyada müharibələrin, zorakılıq hallarının çoxaldığı bir vaxtda bu cür mədəni tədbirlərə daha böyük ehtiyac olduğunu qeytd edərək, ölkəsinin gələcəkdə də belə təşəbbüslərə dəstək verəcəyini söyləmişdir. Sonra açılış mərasimi maraqlı konsert proqramı ilə davam etmişdir. Azərbaycan bu festivalda Dövlət Rəqs və Qədim Musiqi Alətləri ansambllarının üzvlərindən, pianoçu və solistlərdən, saz ifaçılarından ibarət böyük bir heyətlə çıxış edir. Açılış konsertinin maraqlı məqamlarından biri kombinasiyalı kompozisiyalar olmuşdur. Koreyalı və azərbaycanlı rəqqasların birgə çıxışları mərasimə toplaşanlarda böyük maraq doğurmuşdur. Birgə məşq üçün kifayət qədər vaxtın olmamasına baxmayaraq rəqqaslar Azərbaycan və Koreya rəqslərini yüksək səviyyədə ifa etmişlər. Qeyd edək ki, incəsənət ustalarımızın festivalda iştirakı Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Seuldakı səfirliyinin dəstəyi ilə baş tutmuşdur. Festival çərçivəsində təşkil edilən “Böyük bazar” yarmarkasında iştirakçı ölkələr milli pavilyonlarını hazırlamışlar. Azərbaycan pavilyonunda milli suvenirlər, ölkəmizin və onun paytaxtının rəmzləri olan hədiyyələr, milli geyim nümunələri, musiqi alətləri, əl işləri, çay dəstləri, habelə ölkəmizdə istehsal olunan qida məhsulları, o cümlədən meyvə şirələri, müxtəlif içkilər, mürəbbələr, şirniyyatlar nümayiş olunur. Koreyalılar və festival iştirakçıları milli pavilyonumuza böyük maraq göstərmişlər. Azərbaycan mədəniyyətinin Koreyada tanıdılması işinə böyük töhfələr verən festivalda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev iştirak etmişdir.

Video

Keçidlər