Qəbələdə III beynəlxalq mürəbbə festivalı təşkil olunacaq.
24 avqust 2015 | 15:00
Avqustun 29-da Qəbələdə III beynəlxalq mürəbbə festivalı təşkil olunacaq. Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüs və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının yaxından köməkliyi ilə keçiriləcək festival UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında təşkil olunacaq. Tədbirə qurumun prezidenti Karmen de Padilla da qatılacaq. Azərbaycanın 30 bölgəsinin şirniyyat ustaları festivalda öz qabiliyyətlərini nümayiş etdirəcəklər. Münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.