“Qəbələ III Beynəlxalq Mürəbbə Festivalı”-na hazırlıq işləri gedir.
Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüs və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının yaxından köməkliyi ilə keçiriləcək “Qəbələ III Beynəlxalq Mürəbbə Festivalı”-na ciddi hazırlıq işləri gedir. Bununla əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətində festivalın Təşkilat Komitəsinin iclası keçirilmişdir. İclasda beynəlxalq tədbirin keçirilməsi üçün müəyyən edilmiş məsul şəxslərin gördükləri hazırlıq işləri barədə məlumatları dinlənilmiş, festivalın ssenarisindəki və proqramındakı bəzi məsələlərə yenidən baxılmışdır. Avqust ayının 29-30-u keçirilməsi nəzərdə tutulan festivalda beynəlxalq ekspertlərin, 9 xarici ölkələrin səfirlərinin, 6 xarici ölkəni təmsil edən kulinarların və ümumilikdə respublikanın 29 şəhər və rayonunun şirniyyat ustalarının iştirak edəcəyi gözlənilir. Təşkilat Komitəsinin iclasında Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, “Kulina “ jurnalının baş redaktoru Tahir Əmiraslanov iştirak etmişdir.