“Qəbələ” “Panatinaikos” səddini keçdi.
29 avqust 2015 | 01:00
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın “Panatinaikos” və Azərbaycanın “Qəbələ” komandaları arasında cavab oyunu keçirilib. Qitə miqyaslı yarışlarda ötən mövsüm debüt edən Roman Qriqorçukun yetirmələri tarixi uğura imza atıblar. İlk oyunda Bakıda “Bakcell Arenada” 0:0 bərabərliyə qalan “qırmızı-qaralar” səfərdə sərfəli nəticə əldə edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. Yunanıstanın paytaxtında “Apostolos Nikolaidis” stadionunda keçirilən oyun 2:2 hesabı ilə bitib. Bu nəticə ilə “Qarabağın” ardınca “Qəbələ” Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.