Qəbələdə taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku” yarışı keçiriləcək.
Azərbaycan Taekvondo Federasiyası və Koreya Respublikasının ölkəmizdəki səfirliyi Qəbələdə taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku” yarışları keçirəcək.Federasiyanın Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi turnir sentyabrın 12-13-də Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq. Yarışlarda ATF-ə üzv idman bölmələrində məşğul olan və müvafiq hazırlığa malik idmançılar mübarizə aparacaqlar. Turnirin keçirilməsinə bilavasitə ATF-nin hakimlər komitəsi və təşkilat komitəsi, Qəbələ Rayon Gənclər və İdman İdarəsi rəhbərlik edəcək.Yarış Azərbaycanda və bölgələrdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığın artırılması məqsədi daşıyır.