Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Nəqliyyat naziri Qəbələdə vətəndaşları qəbul edib.

29 avqust 2015 | 07:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.Növbəti belə qəbul avqustun 28-də Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilmişdir. Nəqliyyat naziri Ziya Məmmədov Qəbələ, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləmişdir. Vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, dağ çayları üzərində körpülərin salınması, işə qəbul və digər məsələlərlə bağlı olmuşdur. Nazir Ziya Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər vermişdir. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Keçidlər