Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Tarla günləri” çərçivəsində məhsul bayramı keçirilmişdir.

29 avqust 2015 | 09:00

Avqustun 28-də Qəbələ rayonunda “Tarla günləri” çərçivəsində respublika əhəmiyyətli məhsul bayramı keçirilmişdir. Aqrar sektorda son yenilikləri və imkanları özündə əks etdirən bu mərasimdə 300-ə yaxın yerli və xarici şirkətin, fermer təsərrüfatının 2000-dən çox nümayəndəsi iştirak etmişdir. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri, təşkilat komitəsinin sədri Əbülfəz Məlikov, Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış etmişlər. Natiqlər ölkəmizdə ilk dəfə olaraq “Kənd təsərrüfatı ili” çərçivəsində may-avqust aylarında Qəbələdə keçirilən “Tarla günləri”nin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin aqrar sektordakı son yenilikləri və imkanları təqdim etməklə yanaşı, istehlakçıları və ixracatçıları bir araya gətirmək, fermer və ailə təsərrüfatlarının inkişafını, eləcə də biznes subyektləri üçün kənd təsərrüfatı barədə daha dəqiq və daha asan məlumat əldə etmək məqsədi daşıdığını səsləndirmişlər.Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev son illərdə bütün sahələrdə böyük uğurlar qazanıldığını, ölkəmizin transmilli layihələrin təşəbbüskarına və əsas iştirakçısına çevrildiyini qeyd etmiş, regionlarda müasir aqrar infrastrukturun yaradıldığını, ən yeni texnologiyalara əsaslanan kən təsərrüfatı müəssisələrinin fəaliyyətə başladığını, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını və yüksək rəqabət qabiliyyətinə malik kənd təsərrüfatı məhsulları istehsa edildiyini diqqətə çatdırmışdır. Səbuhi Abdullayev bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində bölgələrimiz inkişafın yeni keyfiyyət mərhələsinə yüksəlmişdir. Natiq demişdir ki, cənab Prezidentin bu ilin yanvar ayında imzaladığı Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar bölmənin inkişafının dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir. Sərəncam həm də kənd təsərrüfatının ümumi inkişafına yeni təkan vermək və onun modernləşməsini sürətləndirmək, aqrar sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır. Səbuhi Abdullayev əlverişli iqlim şəraiti ilə əlaqədar Qəbələ rayonunda kənd təsərrüfatının elmi-texniki yanaşma əsasında böyük nailiyyətlər qazanmasına, ekoloji təmiz məhsulların yetişdirilməsinə və emal edilməsinə zəmin yaratdığını söyləmiş, bununla bağlı heyvandarlığın daha da inkişaf etirilməsi, əkinçiliyin, bağçılığın və üzümçülüyün genişləndirilməsi üçün səylərin artırılacağını diqqətə çatdırmışdır. Çıxışlarda məlumat verilmişdir ki, kənd təsərrüfatı ilə məşğul olan hər bir fermer “Tarla günləri” layihəsi çərçivəsində Qəbələ rayonunda ayrılan 28 hektar topaq sahəsində may-avqust ayları ərzində əkin, becərmə və biçin işlərini həyata keçirmişdir. Həmin ərazidə onlar bostan, tərəvəz və paxlalı bitkiləri becərmişlər. Bununla yanaşı, tədbirdə aqrotexnika ilə məşğul olan 4 şirkət öz texnika və avadanlıqlarını, gübrə satışı ilə bağlı 6 şirkət, yemçilik üzrə 2 şirkət, bitki və toxumçuluq üzrə 11 şirkət, eləcə də Azərbaycanın ən tanınmış şirkəti olan “Gilan Holdinq” müxtəlif çeşiddə istehsal etdiyi məhsullarını nümayiş etdirmişdir. Çıxışlardan sonra tədbir iştirakçıları kənd təsərrüfatı məhsullarının, bitki dərmanlarının, kənd təsərrüfatı texnikalarının, gübrələrin, qida məhsullarının, şirə və içkilərin, laborator avadanlıqların, heyvandarlıq və bitkiçilik məhsullarının sərgisi ilə tanış olmuşlar. Sərgidə 50-ə yaxın firma və şirkət öz məhsulunu nümayiş etdirmişdir. Mərasimdə “Tarla günləri” layihəsi çərçivəsində ən uğurlu nailiyyətlərinə görə 4 şirkətin rəhbərinə “Qızıl zəhmətkeş” Fəxri diplomu təqdim olunmuşdur. Tədbirdə hökumət təşkilatlarının, xarici ölkə səfirliklərinin, ictimai birliklərin, təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının nümayəndələri və kənd təsərrüfatı sektorunda çalışan sahibkarlar iştirak etmişlər.

Keçidlər