Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan məzunlar rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir.

01 sentyabr 2015 | 15:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev ali məktəblərə I-II-III ixtisas qrupları üzrə qəbul imtahanları zamanı ən yüksək bal toplayan məzunlarla görüşmüşdür. RİH-də keçirilən görüşə III ixtisas qrupu üzrə 700 bal toplamış Vəndam qəsəbə 1 saylı tam orta məktəbin məzunu Xəyalə Rəvan qızı Əfəndiyeva, I ixtisas qrupu üzrə 695 bal toplamış Həmzəli kənd tam orta məktəbin məzunu Siracbəyli Zöhrə Kamran qızı və IV ixtisas qrupu üzrə 695 bal toplamış Qəbələ şəhər 1 saylı tam orta məktəbin məzunu Şirinbəyli Təranə Seymur qızı dəvət edilmişdi. Görüş zamanı Xəyalə Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına, Zöhrə Siracbəyli Qafqaz Universitetinə, Təranə Şirinbəyli isə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olduqlarını rayon icra hakimiyyətinin başçısına bildirmişlər. Görüşdə cənab Səbuhi Abdullayev sosial-iqtisadi inkişaf yollarında sürətlə irəliləyən müstəqil Azərbaycanın daha da çiçəklənməsi, tərəqqisi naminə bacarıqlı, savadlı kadr potensialı yetişdirlməsi zərurətindən danışmış, gənclərə təhsil almaq, iş yerləri ilə təmin olunmaq, onlara öz qabiliyyətlərini və istedadlarını üzə çıxarmaq üçün dövlət tərəfindən hər cür qayğının göstərildiyini bildirmiş, məzunlara ölkənin layiqli vətəndaşları kimi yetişmək, rayonumuza öz işini mükəmməl bilən mütəxəssis kimi geri dönməyi arzulamışdır. Qəbələ Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuş hər üç məzuna görüşün sonunda qiymətli xatirə hədiyyələri təqdim edilmişdir.

Keçidlər