Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Sərhəd strukturlarında idarəçilik və rəhbərlik bacarıqlarının artırılması” mövzusunda təlim keçirilir.

02 sentyabr 2015 | 15:00

Qəbələ şəhərində “Sərhəd strukturlarında idarəçilik və rəhbərlik bacarıqlarının artırılması” mövzusunda təlim keçirilməsinə başlanılmışdır. Tədbir Avropa İttifaqı, BMT İnkişaf Proqramı və Dövlət Sərhəd Xidmətinin birgə həyata keçirdikləri “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsinin 3-cü komponenti çərçivəsində təşkil olunmuşdur. Tədbir sərhəd idarəçiliyi orqanları əməkdaşlarının idarəetmə və rəhbərlik vəzifələrinə dair nəzəri biliklərinin artırılması, bu sahədə birgə fəaliyyət və struktur quruculuğunun həyata keçirilməsi, idarəçilik üslubunda, təşkilati inkişaf və idarəetmədə yarana biləcək çətinliklərin aradan qaldırılması üzrə məlumat mübadiləsinin daha da gücləndirilməsi məsələlərinə həsr olunmuşdur. Tədbirdə bu sahədə ikitərəfli əməkdaşlığa dair beynəlxalq təcrübə müzakirə edilir, belə əməkdaşlığın səmərəliliyi və icra mexanizimləri ətrafında fikir mübadiləsi aparılır. Beynəlxalq Miqrasiya Siyasəti İnkişaf Mərkəzinin Avstryadan olan ekspertləri tərəfindən keçirilən ikitərəfli təlimdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Gürcüstanın Sərhəd və Patrul Polisinin nümayəndələri, BMT İP-nin Azərbaycan və Gürcüstan Ofislərinin səlahiyyətli şəxsləri iştirak edirlər. Dövlət Sərhəd Xidmətinin BMT İP və Avropa İttifaqı ilə birgə həyata keçirdiyi adı çəkilən layihənin əsas məqsədi regionda ümumi təhlükəsziliyə müsbət təsir göstərməklə Azərbaycan və Gürcüstan arasında quru sərhəddə əlaqələndirilmiş tədbirlər mexanizmini yaratmaq və tətbiq etmək üçün hər iki ölkənin sərhəd orqanlarının fəaliyyət potensialını daha da inkişaf etdirməkdən ibarətdir. Layihədə iki ölkə arasında mövcud quru sərhədin mühafizəsinin gücləndirilməsi istiqamətində əlaqələndirilmiş əməliyyatların keçirilməsi imkanlarının mümkünlüyünün öyrənilməsi və tətbiqi, Dövlət Sərhəd Xidməti ilə Gürcüstanın Sərhəd Polisi arasında əməkdaşlığın gücləndirilməsi, iki ölkənin sərhəd mühafizə orqanları üçün təlim proqramlarının hazırlanması, müasir infrastrukturun yaradılması və yüksək texnologiyalı avadanlıqlarla təchiz olunması kimi məsələlərin həlli nəzərdə tutulmuşdur.

Keçidlər