"Qəbələ" Futbol Akademiyasının şagirdləri xeyirxah təşəbbüs irəli sürmüşlər.
08 sentyabr 2015 | 15:00
"Qəbələ" Futbol Akademiyasının şagirdləri xeyirxah təşəbbüs irəli sürmüşlər. Akademiyanın azyaşlı futbolçuları bu dəfə iməclik keçirməklə diqqət mərkəzinə düşmüşlər. Burada təhsil alan aşağı yaş qrupları "Nohur gölünü qoruyaq" adlı kompaniyaya qoşulmuş, gölün ətrafını zibil tullantılarından təmizləmişlər. Akademiyadan iməcliyin davamlı olacağı, növbəti iməcliyin "7 gözəl" şəlaləsi ətrafında təşkil ediləcəyi bildirilmişdir.