Təhsil işçilərinin konfransı keçirilmişdir.
Sentyabrın 9-da Qəbələdə təhsil işçilərinin konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ulu öndərin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüşlər. Sonra Heydər Əliyev Konqres Mərkəzində konfransın plenar iclası başlamışdır. Tədbiri giriş sözü ilə Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Oqtay Hacıyev açmış, Azərbaycan Respublikasının Dövlət Himn səsləndirilmişdir. Konfransda rayon təhsil şöbəsinin müdiri Oqtay Hacıyev “2014-2015-ci dərs ilinin yekunları və yeni dərs ilində təhsil işçiləri qarşısında duran vəzifələr barədə” məruzə etmişdir. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Təhsil Nazirliyinin nümayəndəsi Fərzəli Qədirov, rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov, Çuxur Qəbələ kənd tam orta məktəbinin direktoru Müşfiq Əzizov, Qəbələ şəhər 4 saylı tam orta məktəbin müəllimi Vəfa İbrahimova, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Zöhrə Mİrzəyeva, Nohurqışlaq kənd tam orta məktəbin müəllimi Şəfəq Abdullayeva, Nic qəsəbə 1 saylı tam orta məktəbin direktor müavini Emil Zəki və ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş Qəbələ şəhər 1 saylı tam orta məktəbin məzunu Təranə Şirinbəyli müzakirə olunan məsələlərlə əlaqədar çıxış etmişlər. Konfransda mövzu ilə bağlı qərar qəbul olunmuşdur. 2014-2015-ci dərs ilini müvəffəqiyyətlə başa vuran bir qrup məzunlara və qabaqcıl müəllimlərə Qəbələ Rayon İcra Hakimiyyəti və təhsil şöbəsi tərəfindən qiymətli hədiyyələr verilmiş, fəxri fərmanlar təqdim edilmişdir. Konfrans iştirakçılar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə müraciət qəbul etmişlər.