Müəllimlərin təlim-metodiki toplanışı keçirilmişdir
11 sentyabr 2015 | 15:00
Qəbələ rayonunun Mülki Müdafiə Planına uyğun olaraq Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəbləri müəllimlərinin təlim-metodiki toplanışı keçirilmişdir. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən toplanışda təhsil ocaqlarının II, V, VI siniflərinin rəhbərləri, rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri iştirak etmişlər.Toplanışda Şamaxı Regional FH və MM Şöbəsinin rəisi, polkovnik-leytenant Faiq Əhədov və şöbənin əməkdaşı, leytenant Asim Atakişiyev məktəblərdə mülki müdafiə dərslərinin tədrisi metodikası mövzusunda mühazirələr oxumuşlar.