Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Taekvondo üzrə turnirə başlanılmışdır.

12 sentyabr 2015 | 15:00

Qəbələ Olimpiya İdman Kompleksində Azərbaycan Taekvondo Federasiyasının, Koreya Respublikasının ölkəmizdəki səfirliyinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku” yarışlarına başlanılmışdır. Sentyabrın 12-13-də keçirilməsi nəzərdə tutulan yarışlarda ATF-ə üzv idman bölmələrində məşğul olan və müvafiq hazırlığa malik idmançılar mübarizə aparırlar. Turnirə ATF-nin hakimlər və təşkilat komitəsi, Qəbələ Rayon Gənclər və İdman İdarəsi rəhbərlik edir. Yarış Azərbaycanda və bölgələrdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığın artırılması məqsədi daşıyır. Tədbirdə Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Çoi Suk-İn, Azərbaycan Taekvondo Federasiyasının vitse prezidenti Nağı Səfərov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov və rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov iştirak etmişlər.

Keçidlər