Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Könüllülər Yurdu-Azərbaycan” layihəsinə həsr olunmuş tədbir.

14 sentyabr 2015 | 15:00

Sentyabrın 14-də “ASAN könüllüləri” Təşkilatı Qəbələ şəhərində könüllülük fəaliyyətinin təbliği məqsədilə “Könüllülər Yurdu-Azərbaycan” layihəsinə həsr olunmuş tədbir keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbirdə Ağdam, Yevlax və Bərdə rayonlarını təmsil edən 60 gənc iştirak etmişdir. İştirakçılar üçün “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN könüllüləri” təşkilatı, “ASAN school”, “Könüllülük məktəbi və “ASAN kadr”, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçirilmişdir. Eləcə də layihə çərçivəsində könüllülük fəaliyyətinin praktiki cəhətdən öyrədilməsi məqsədilə şəhərin mərkəzində sosial aksiyanın keçirilməsi nəzərdə tutulmuşdur. Bakı, Sumqayıt şəhərləri ilə yanaşı 6 regionu əhatə edəcək “Könüllülər yurdu-Azərbaycan” layihəsinin əsas məqsədi könüllülük fəaliyyətini gənclər arasında təbliğ etmək və bununla da regionda yaşayan gənclərin sosial-ictimai sahədə rolunun artırılmasına nail olmaqdır. Layihəyə əsasən 600 gənc 50 000 ailəyə “ASAN xidmət”in göstərilməsi üçün maarifləndiriləcəkdir. İki gün davam edəcək tədbirin açılış mərasimində Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova və rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov iştirak edərək gənclərə uğurlar arzulamışlar.

Keçidlər