Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Bilik günü” qeyd olunmuşdur.

15 sentyabr 2015 | 15:00

Sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar rayonun bütün ümumtəhsil məktəblərində “Bilik günü” bayram edilmişdir. Bayram şənliklərində son illər sürətli inkişaf yoluna qədəm qoyan Qəbələdə təhsil sahəsinə göstərilən qayğı ətraflı qeyd edilmişdir. Qeyd olunmuşdur ki, 2015-2016-cı tədris ilinə hazırlıq məqsədi ilə bütün təhsil müəssisələrində cari təmir işləri aparılmış, yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur. Rayonda təhsil müəssisələrinin inkişafına verilən diqqətin davamlı xarakter alması nəticəsində bu gün yeni tikilmiş 360 şagirdyerlik Qəbələ şəhər 5 saylı tam orta məktəbin binasının açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və təhsil nazirinin müavini Firudin Qurbanov iştirak etmişlər. Onlar bayram şənliklərində təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə dövlət qayğısı ənənələrinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi və inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən ətraflı danışmış, bu qayğının milli maarifçilik xüsusiyyətlərinin saxlanılması ilə dünya təhsil sisteminə inteqrasiya olunduğunu vuğulamışlar. Natiqlər Azərbaycan təhsilinin zəngin və mütərəqqi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etməsi sahəsində görülən işlərdən söz açmışlar. Onlar “Bilik günü” bayramı, yeni dərs ilinin başlanması və təzə məktəb binasının açılışı münasibətilə tədris ocağının pedoqoji kollektivini, şagirdləri və valideynləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.Daha sonra uşaqlara məktəb ləvazimatı və çantalar təqdim olunmuşdur. Bayram iştirakçıları ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər