Tədris korpusu əsaslı təmir edilmişdir.
16 sentyabr 2015 | 15:00
Qəbələ rayonunun Kötüklü kəndində tam orta məktəbin 80 şagirdyerlik yardımçı tədris binası əsaslı təmir edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Kənd İnvestissiya layihəsi-2” tərəfindən təmir edilmiş tədris korpusunun sentyabrın 16-da keçirilən açılış mərasimində rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, investissiya layihəsinin nümayəndəsi Gülbəniz Qəmbərova və kənd sakinləri iştirak etmişlər. Tədbirdə çıxış edən kənd sakinləri rayonda təhsilə göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.