Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Milli Musiqi gününə həsr olunmuş tədbir keçirilmişdir.

20 sentyabr 2015 | 01:00

Qəbələ Mədəniyyət Mərkəzində Milli Musiqi gününə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun anadan olmasının 130 illiyinə və Milli Musiqi gününə həsr olunmuş tədbirdə rayonun musiqisevərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə İncəsənət Məktəbinin müəllimləri və şagirdləri leytmotiv musiqi kimi dahi Üzeyir Hacıbəyovun əsərlərini ifa etmiş, eləcə də görkəmli bəstəkərlarımız Müslüm Maqomayevin Qara Qarayevin və Fikrət Əmirovun əsərlərini səsləndirmişlər. Konsertdə məktəbin xoreoqrafiya sinfinin şagirdləri Üzeyir Hacıbəyovun “Arşın-mal alan” operettasından səhnəcik göstərmişdir. Çıxış edənlər dahi Üzeyir sənətinin gözəlliyindən və rəngarəngliyindən söhbət açmış, Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı böyük xidmətlərindən söhbət açmışlar.

Keçidlər