Qəbələdə səmti müəyyən etmə idman növü üzrə Fövqəladə Hallar Nazirliyinin qapalı çempionatı başa çatmışdır.
20 sentyabr 2015 | 03:00
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə Qəbələ rayonunda keçirilən səmti müəyyən etmə idman növü üzrə III Qapalı Çempionat başa çatmışdır. Rayondakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək FHN-nin qurumları arasında keçirilən yarışa 23 komanda olmaqla, 100-dən çox idmançının qatıldığını bildirmişdir. Üç gün davam edən yarışda komanda birinciliyi ilə yanaşı, iştirakçılar şəxsi birincilik üzrə də bacarıqlarını nümayiş etdirmişlər.Yekunda qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.