Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rabitə və yüksək texnologiyalar naziri Qəbələdə bölgə vətəndaşlarını qəbul etmişdir.

22 sentyabr 2015 | 01:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər. Növbəti belə qəbul sentyabrın 19-da rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən Qəbələdə keçirilmişdir. Qəbuldan əvvəl nazir, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş və ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Sonra Əli Abbasov Qəbələ, Şəki, Oğuz, İsmayıllı rayonlarından gələn vətəndaşlar dinləmişdir. Onların müraciətləri əsasən telekommunikasiya, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin keyfiyyəti, eləcə də işə qəbul, yeni elektron ATS-lərin çəkilişi və sair məsələlərlə bağlı olmuşdur. Qəbula gələn vətəndaşların hər birini diqqətlə dinləyən nazir Əli Abbasov müraciətlərin bəzilərini aydınlaşdıraraq həlli istiqamətində tapşırıqlar vermiş, bir sıra məsələləri yerindəcə həll etmişdir. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq nazirlik və təşkilatlara göndərilməsi məqsədilə nəzarətə götürülmüşdür. Qəbulda 25-ə yaxın vətəndaş iştirak etmişdir. Onlar yerlərdə keçirilən belə görüşlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər