Tura "Qəbələ"nin qələbəsi ilə yekun vuruldu.
23 sentyabr 2015 | 01:00
Topaz Premyer Liqasında V turunun bütün oyunları başa çatmışdır. Qəbələdə şəhərində yekun vurulan turda UEFA Avropa Liqasında qrup mərhələsinə 1 xalla start verən “Qəbələ” komandası daxili çempionatda da uğurlu nəticə qazanmışdır. Maraqlı mübarizə şəraitində keçən oyunda komandamızın üstünlüyü hiss olunsa da stadiona toplaşan azarkeşlər qol üçün 90 dəqiqədən də artıq gözləməli oldular.Dodoya qarşı hərəkətə görə təyin olunmuş penaltini Aleksey Qay dəqiq yerinə yetirərək oyunda hesabı açmış, komandamızı 1:0 hesabı ilə irəli çıxarmışdır.