“ Əmək yarmarkası” keçirilmişdir.
24 sentyabr 2015 | 06:00
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 2015-ci il üçün təsdiq etdiyi “Ərazi Məşğulluq Proqramı”na və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin qrafikinə uyğun olaraq rayon məşğulluq mərkəzinin təşkilatçılığı ilə sentyabrın 23-də işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunu təmin edilməsi məqsədilə Qəbələdə əmək yarmarkası keçirilmişdir. Rayonun 41 müəssisə və təşkilatı 219 boş iş yeri ilə əmək yarmarkasında iştirak etmişdir. Yarmarkaya qatılan 485 nəfər işaxtaran vətəndaşların 100 nəfərinə müvafiq işlərə göndəriş verilmişdir. Tədbir günün ikinci yarısına qədər davam etmişdir.