Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“İnsan alveri bəşəri faciədir” mövzusunda tədbir təşkil olunmuşdur.

30 sentyabr 2015 | 15:00

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə Baş İdarəsinin, Təhsil nazirliyinin və İnsan alverinə qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyasının təşkilatçılığı ilə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir keçirilmişdir. 
Tədbirdə insan alverinə qarşı mübarizə məqsədilə respublikanın şəhər və rayonlarında adları qeyd olunan qurumların əməkdaşları tərfindən peşə-ixtisas təhsili müəssisələrinin müəllim və şagirdləri arasında birgə maarifləndirmə işlərinin həyata keçirildiyi diqqətə çatdırılmışdır.  Toplantıda Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Fuad Əliyev, həmin idarənin əməliyyat müvəkkili polis baş leytenantı İlham Rəhimov, Qəbələ RİH-nin əməkdaşı Ramil Qəribov, Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktor müavini Malik Rəşidov iştirak etmişlər. Fuad Əliyev “İnsan alveri nədir?”, “İnsan alverçiləri insanları (qurbanlarını) hansı yollarla tora salırlar”, “ İnsanları tora salmaq üçün hansı fəndlərdən istifadə edirlər?” mövzularında tədbir iştirakçılarına ətraflı məlumatlar vermişdir. O, insan alverçilərinin yalnız qadınları deyil, kişiləri və hətta uşaqları da qul vəziyyətinə  saldıqlarını qeyd edərək, xarici ölkələrdə olarkən vətəndaşların nələri yadda saxlamalı olduğu barədə gəncləri maarifləndirmişdir. Tədbir iştirakçılarına İnsan alveri cinayətinin törədilmə formalarını əks etdirən bukletlər paylanılmış, İnsan alverinə qarşı mübarizə Baş İdarəsinin əlaqə telefonları, qaynar xətt telefon xidmətinin nömrələri verilmişdir. 
Yekunda “İnsan alverindən özünü qoru” adlı videoçarx nümayiş etdirilmişdir.

Keçidlər