Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon prokurorluğunun işçiləri peşə bayramlarını qeyd etmişlər.

02 oktyabr 2015 | 01:00

Ümummilli lider Heydər Əliyevin imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncama əsasən ölkəmizdə hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Bü gün rayon prokurorluğunun işçiləri də peşə bayramlarını keçirmişlər. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər. Onlar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Azərbaycan xalqının böyük oğluna ehtiramlarını bildirmişlər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək ümummilli liderin həyatını və siyasi fəaliyyətini əks etdirən ekspozisiyaya baxmışlar.

Keçidlər