Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Beynəlxalq Ahıllar Günü” qeyd olunmuşdur.

02 oktyabr 2015 | 03:00

Qəbələdə “Beynəlxalq Ahıllar Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra şəhər 1 nömrəli tam orta məktəbin akt zalında tədbir davam etdirilmişdir. Tədbirdə BMT-nin baş məclisi tərəfindən ahılların müdafiəsi məqsədilə 1992-ci ildə qəbul edilmiş qətnaməyə əsasən dünyada hər il oktyabrın 1-nin “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunduğu bildirilmişdir. Eıəcə də ölkəmizdə ahıl vətəndaşların sosial problemlərinin öyrənilməsi, onların ehtiyaclarının həll edilməsi istiqamətində əməli tədbirlərin həyata keçirildiyi vurğulanmış, 2001-ci il iyun ayının 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunduğu diqqətə çatdırılmışdır. Çıxış edən ahıllar onlara göstərilən dövlət qayğısından razılıq etmiş, ağsaqqalların bu gün cəmiyyətimizdəki mövqeyindən söz açaraq, gənc nəslin yaşlı insanlara daha çox ehtiyacının olduğunu bildirmişlər. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Zahid Əfəndiyev ahılları əlamətdar gün münasibətilə təbrik etmişdir.

Keçidlər