Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur.

02 oktyabr 2015 | 15:00

Qəbələ rayonunun kəndlərində meyvə yığımına başlanılmışdır. Məhsulun vaxtında və itkisiz toplanılması üçün bağlarda müvafiq tədbirlər həyata keçirilir. Kəndlilər cari ildə 386 hektar şabalıd və 156 hektar qoz bağında bol məhsul yetişdirmişlər. Mütəxəssislərin sözlərinə görə, bu il havanın əlverişli olması və ağaclara lazımi aqrotexniki qulluğun göstərilməsi deməyə əsas verir ki, məhsuldarlıq ötən illə müqayisədə daha çox olacaq. Rayonda kənd əhalisinin əsas gəlir mənbəyi hesab olunan bağçılığın daha da inkişaf etdirilməsi üçün hər il ardıcıl tədbirlər görülür. Fermerlər son bir ildə 20 hektar sahədə yeni şabalıd və 32 hektar qoz bağları salmışlar. Ötən il bağbanlar 321 ton qoz, 390 ton şabalıd əldə etmişlər.

Keçidlər