"Qəbələ" "Xəzər Lənkəran"a böyük hesabla qalib gəldi.
06 oktyabr 2015 | 01:00
Topaz Premyer Liqasında VII tura tura "Qəbələ" - "Xəzər Lənkəran" matçı ilə yekun vurulub. Altı qolun vurulduğu oyunda komandamız 6:0 hesablı qələbə qazanıb. Hakimin start fiti səslənən kimi hesabı Dodo açıb. İlk 10 dəqiqənin tamamında Fakundo Pereyra oyunda hesabı artırmışdır. 45-ci dəqiqədə rəqib qapısını yol tapan Aleksey Qay birinci hissənin 3:0 hesabı ilə bitməsinə səbəb olub. 76-cı dəqiqədə Aleksey Antonov fərqi 4 topa çatdırıb. 3 dəqiqə sonra Fakundo Pereyra beşinci qolu vurub. Son nöqtəni isə 89-cu dəqiqədə Ermin Zets qoyub.