Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 3210 hektar fındıq bağından 6300 ton məhsul yığılmışdır.

07 oktyabr 2015 | 15:00

Bağçılıq Qəbələ rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur və kənd əhalisinin əsas məşğuliyyət sahəsi hesab olunur. Bu il rayonun meyvə bağlarında bol məhsul yetişdirən kəndlilər fındıq yığımını uğurla başa çatdırmışlar. Mövsüm ərzində mövcud 3210 hektar fındıq bağlarından 6300 ton məhsul əldə edilmişdir ki, bu da ötən ilkindən 150 ton çox olmuşdur. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, sərfəli qiymətə fındıq qəbulu məntəqələrinə də satırlar. Rayonda bir fındıq emalı zavodu, eləcə də kiçik fındıq emalı müəssisələri fəaliyyət göstərir. Emal müəssisələri tərəfindən məhsulun alışının mütəşəkkil təşkil olunması bağbanları ildən-ilə fındıq bağlarını genişləndirməyə və məhsuldarlığı artırmağa həvəsləndirir.

Keçidlər