Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Peşə bayramı qeyd olunmuşdur.

10 oktyabr 2015 | 03:00

Bu gün poçt sahəsi işçilərinin peşə bayramıdır. 9 oktyabr- Beynəlxalq Poçt Günü münasibəti ilə Qəbələ Rayon Poçt Filialının işçiləri peşə bayramlarını qeyd etmişlər. Poct filialınin işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərə ehtiramlarını bildirmişlər. Sonra filialın akt zalında peşə bayramı münasibəti ilə toplantı keçirilmişdir. Toplantıda çıxış edən rayon poçt filialının rəisi Rauf Kərimov ölkəmizdə poçt xidmətləri sahəsində aparılmış islahatlardan və bu sahədə qazanılan nəaliyyətlərdən söz açmışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycanın da üzv olduğu Ümumdünya Poçt İttifaqı hazırda dünyanın 193 ölkəsini özündə birləşdirməklə, təkcə poçt sahəsində deyil, həm də digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilmişdir. Bildirilmişdir ki, respublikamız dövlət müstəqilliyini əldə etdikdən sonra xalqımızın böyük oğlu Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmizdə poçt və rabitə işi də köklü surətdə dəyişərək yeni inkişaf mərhələsinə çatdırılmış, Azərbaycan poçt rabitəsi sahəsində bir sıra beynəlxalq birlik və təşkilatların tam hüquqlu üzvü olmuş, dünyanın əksər ölkələri ilə birbaşa beynəlxalq poçt əlaqələri yaratmışdır. Tədbirdə səsləndirilmişdir ki, öz fəaliyyətini Ümumdünya Poçt İttifaqının standartlarına uyğun quran poçt rabitəmiz davamlı inkişafa nail olmuşdur.Yekunda qabaqcıl poçt işçiləri fəxri fərmanlarla təltif edilmişlər. Sonda xatirə şəkilləri çəkdirilmişdir.

Keçidlər