Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Mərkəzi Kitabxanası inventar və texniki avadanlıqla zənginləşdirilib

13 oktyabr 2015 | 01:00

Qəbələ rayonunda fəaliyyət göstərən kitabxanaların yeni ədəbiyyatla zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən hər il müxtəlif mənbələrdən rayonun kitabxanalarına yüzlərlə yeni kitab hədiyyə edilir. Hazırda rayonun mərkəzi kitabxana sisteminin ümumi fondunda 145 mindən çox ədəbiyyat var. Həmin kitablar elmin müxtəlif sahələrini və bədii ədəbiyyatı əhatə edir. Eləcə də kitabxana “İRBİS 64” proqramı ilə işləyir. Bu proqram vasitəsilə kitabxanada olan bütün növ ədəbiyyatların elektron kataloqlaşdırılması həyata keçirilir. Bundan başqa, proqramda oxucuların qeydə alınması, qəzet məqalələrinin kortatekası, retro kataloq, diyarşünaslıq, uşaq ədəbiyyatı, SD disklər və başqa bazalar yaradılmışdır. Bu bazalar üzrə bütün növ elektron resursun həcmi 100 mindən yuxarıdır. Həmçinin Qəbələ Mərkəzləşdirilmiş Kitabxana Sistemində internetlə təmin olunan avtomatlaşdırılmış kitabxana-informasiya sistemi də yaradılmışdır. Kitabxanada yeni veb-sayt istifadəyə verilmişdir. Hazırda rayonun kitabxanaları 18 mindən çox oxucuya xidmət göstərir.

Keçidlər