Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Avroliqadakı qarşılaşmadan “Qəbələ” komandası qalib ayrılıb.

13 oktyabr 2015 | 06:00

“Avro-2016”nın seçmə mərhələ oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən klubumuz hazırlıqlarını davam etdirir. Azərbaycanı UEFA Avropa Liqası yarışlarında təmsil edən, “Qəbələ” və Ağdamın “Qarabağ” klubları hazırlıq oyununda qarşılaşıblar. Qəbələ şəhər stadionunda təşkil edilən görüşdə komandamız 2:1 hesabı qələbə qazanmışdır. Qolları Aleksey Antonov və Fakunda Pereyra vurmuşdur. Ağdam təmsilçisinin heyətində isə Dani Kintana fərqlənmişdir. Qeyd edək ki, Avroliqanın qrup mərhələsi çərçivəsində “Qəbələ” oktyabrın 22-də “ Almaniyanın “Borussiya” (Dortmund) komandasını Bakıda qəbul edəcəkdir.

Keçidlər