Qəbələdə yaşı 800-1000 il olan qiymətli şabalıd ağacları xüsusi mühafizə olunur
13 oktyabr 2015 | 23:00
Qəbələ rayonunda yaşı min ilə çatan şabalıd ağacları nadir təbiət abidəsi kimi qorunur. Hazırda Qəbələ ərazisində 386 hektar sahədə şabalıd bağları mövcuddur. Cari ildə dövlət meşə fondunun ərazisində 5 hektar sahədə 5500 ədəd keyfiyyətli, dadı və iri meyvəsi ilə tanınan “Xanlıq” şabalıdı tingi əkilmişdir. Eyni zamanda, meşələrdə və həyətyanı sahələrdə yaşı 500-800 il, hündürlüyü 30-40 metr olan irigövdəli qiymətli şabalıd ağacları xüsusi mühafizə olunur. Rayonun Həmzəli kəndində isə yaşı 800-1000 il, diametri 2-2,5 metr olan 10 ədəd nadir şabalıd ağacı təbiət abidəsi kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin siyahısına daxil edilmişdir.