Qəbələdə karting üzrə respublika yarışlarına start verilib.
Qəbələ rayonunda ilk dəfə olaraq karting üzrə respublika yarışları keçirilir.“Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində təşkil olunan turnirdə 16 yaşdan yuxarı gənclər iştirak edir. Bütün avtoidman növlərinin ibtidai sinfi sayılan kartinq əyləncəsinə gənclər arasında maraq daha çoxdur. İstirahət mərkəzinin yaradılmasının 5 illik yubileyi münasibətilə təşkil olunan yarışın hazırda seçim turu keçirilir.Yarışın təşkilat komitəsinin məlumatına görə, Azərbaycanda avtoidmanın yüksək səviyyədə tanıdılması məqsədilə keçirilən bu turnirdə birinci yerin sahibinə 500 manat pul mükafatı veriləcək. Dekabrın 6-da turnirin final mərhələsi keçiriləcək və qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Bölgədə ilk dəfə olaraq bu cür böyük karting yarışının keçirilməsində əsas məqsəd həm də Qəbələdə turizmin inkişafına dəstək olmaq və rayona gələn qonaqların asudə vaxtlarının səmərəli təşkilidir.