Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” komandası “Neftçi”ni məğlub edərək turnir cədvəlində birinci yerə yüksəlib.

17 oktyabr 2015 | 15:00

Oktyabrın 17-də futbol üzrə Topaz Premyer Liqasının səkkizinci turu çərçivəsində növbəti oyun keçirilib. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Neftçi” komandası “Qəbələ”ni qəbul edib. Baş hakim Rəhim Həsənovun idarə etdiyi oyunda “Qəbələ” qalib gəlib – 1:0. “Qəbələ”nin heyətində Aleksey Antonov fərqlənib. Səkkiz turdan sonra hesabında 19 xal olan “Qəbələ” turnir cədvəlinin birinci pilləsinə yüksəlib. Bir oyun az keçirən “Qarabağ” 18 xalla ikinci, “Zirə” isə 15 xalla üçüncü pillədə qərarlaşıb.

Keçidlər