Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur.

20 oktyabr 2015 | 01:00

Oktyabrın 17-də Qəbələ Mədəniyyət Mərkəzində 18 oktyabr — Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Qəbələ rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin baş məsləhətçisi Zahid Əfəndiyev yığıncaq iştirakçılarını milli dövlətçilik tariximizdə ən əlamətdar gün münasibətilə təbrik edərək, müstəqillik illərində əldə edilən uğurlardan ətraflı danışmışdır. Ümummilli liderimiz Heydər Əliyevin qoruyub yeni mərhələyə qaldırdığı dövlət müstəqilliyinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində daha da möhkəmlənərək inkişaf etdiyi, ölkəmizin sosial-iqtisadi inkişafın yeni hədəflərini müəyyənləşdirməklə, müstəqillik yollarında qətiyyətlə irəlilədiyi vurğulanmışdır. Tədbirdə “Çinar” instrumental ansamblının üzvləri rayon incəsənət məktəbinin şagirdləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər