Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Müstəqillik gününə həsr olunmuş tədbir keçirilmişdir.

20 oktyabr 2015 | 03:00

Fövqəladə Hallar Nazirliyinin rayonumuzda yerləşən mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində müstəqillik günü ilə əlaqədar rayon ağsaqqallarının və ictimaiyyət nümayəndələrinin əskərlərlə görüşü keçirilmişdir. Görüşü hissə komandirinin müavini polkovnik-leytenant İlham Əliyev açmış, müstəqillik gününün tarixi barədə məruzə etmişdir. Sonra qırmızı Aypara Cəmiyyətinin sədri Sədaqət Bayramova, ağsaqqallar şurasının sədri Nazim Mustafayev və “Qəbələ” qəzetinin əməkdaşı Qüdrət Səmədov çıxış edərək müstəqillik günü, onun qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin rolu barədə danışmış, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyilə ölkəmizdəki sosial-iqtisadi inkişafdan, Qəbələnin bu günündən söhbət açmışlar. Tədbir rayon mədəniyyət və turizm şöbəsinin,  hərbi hissənin musiqiçilərinin ifaları ilə davam etmişdir.

Keçidlər